Ərdoğan: “Müsəlmanları bir-birinə qırdırırlar” (VİDEO)

Ərdoğan: “Müsəlmanları bir-birinə qırdırırlar” (VİDEO)
19:26 21 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

İslam dünyasından istifadə edərək, ciddi əməliyyatlar həyata keçirilir və müsəlmanlar bir-birinə qırdırılır.

ANS TV-nin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatınin Parlament Assambleyasının 10-cu iclasında çıxışı zamanı bəyan edib.

Türkiyə prezidenti bildirib ki, müsəlman ölkələri islam coğrafiyası olaraq fövqəladə bir dövr keçirir.

“Müsəlmanlar bir-birini qırmağa, bir-birini öldürməyə sövq edilir. Axan qan müsəlman qanıdır. Ölənlər kimdir? Müsəlmanlar. Öldürən kim? "Mən də müsəlmanam" deyən dövlət terroru”.

O, islam adına insan öldürənlərin bu səlahiyyəti kimdən aldıqlarının da maraq doğurduğunu, müsəlman ölkələrinin bu problemi özlərinin həll etməli olduğunu vurğulayıb.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR