Dopinq üstündə yaxalanan idmançılar mənzil və maşınlarından məhrum edilə bilər

19:28 21 Yanvar 2015
155 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Dopinqdən istifadə etməkdə ifşa olunan idmançılar bütün mükafatlarını, o cümlədən onlara bağışlanan maşın və mənzilləri geri qaytarmalıdırlar. AzərTAc Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu fikri əfsanəvi xokkeyçi, hazırda Federasiya Şurasının senatoru Vyaçeslav Fetisov səsləndirib.
V.Fetisovun sözlərinə görə, antidopinq qanunvericiliyini pozan idmançılara münasibətdə təklif olunan cərimə tədbirlərini Federasiya Şurası nəzdində ekspert şurasının iclasında müzakirə etmək planlaşdırılır. O, təşəbbüsün qanuniləşdiriləcəyini istisna etməyib.
V.Fetisov deyib: “İnsanlar medallarının əllərindən alınacağını, onların imicinə zərbə olduğunu bilə-bilə dopinq qəbul edirlər. Yəqin ki, onları mükafatları, o cümlədən mənzil və maşınları qaytarmağa məcbur etmək lazımdır.
Rusiya Antidopinq Agentliyi (RUSADA) antidopinq qaydalarını pozduqlarına görə idman yerişi ilə məşğul olan beş atletin diskvalifikasiya olunduğunu elan edib. Olqa Kaniskina, Sergey Kirdyapkin, Sergey Bakulin, Valeri Borçin və Valdimir Kanaykin müxtəlif müddətə diskvalifikasiya olunublar.
V.Fetisovun fikrincə, dopinq qalmaqallarına görə bütün sualları bu sahəyə nəzarət edən idman naziri Vitali Mutkoya vermək lazımdır.
Senator xatırladıb ki, idmançıların dopinqdən istifadə etməsini üzə çıxaran “B” nümunələri 10 il saxlanılır. Senatorun fikrincə, yarışlarda qələbəyə görə mükafatı idmançıya dərhal deyil, 10 il sonra vermək lazımdır. Məsələn, onun mükafatını müəyyən pensiya fondlarında saxlamaq olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dopinq_ustunde_yaxalanan_idmanchilar_menzil_ve_masinlarindan_mehrum_edile_biler-826490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR