"İrinaya xoşbəxtlik arzulayıram" - Ronaldo

"İrinaya xoşbəxtlik arzulayıram" - Ronaldo
19:31 21 Yanvar 2015
258 Şou
Ölkə mətbuatı
A- A+

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo sevgilisi İrina Şeykdən ayrılmasına münasibət bildirib.

Qol.Az-ın AP agentliyinə istinadən verdiyi məlumata görə, Şeykdən ayrıldığını etiraf edən portuqaliyalı futbolçu keçmiş sevgilisinə xoşbəxtlik arzulayıb:

"İrina ilə 5 illik münasibətim başa çatdı. Bizim üçün daha yaxşı olacağına inandığımız üçün bu addımı atdıq. İrinaya xoşbəxtlik arzulayıram".

Qeyd edək ki, Ronaldonun "Qızıl top" mükafatını aldığı tədbirə qatılmayan İrina təcrübəli futbolçunun anasının ad günü mərasimində də iştirak etməyib. Bundan sonra cütlük arasında soyuq münasibət yaranıb və tərəflər ayrılmaq qərarına gəliblər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR