İsrail əsgərindən şok açıqlamalar

İsrail əsgərindən şok açıqlamalar
00:41 26 Dekabr 2014
76 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail ordusunun dinc fələstinliləri bilərəkdən öldürdüyü faktını yəhudi əsgər təsdiq edib.

ANS PRESS-in məlumatına görə, İsrail ordusunda 2001-2003-cü illərdə xidmət edən və çavuş rütbəsi alan Yehuda Şaul verdiyi açıqlamasında dinc fələstinlilərin səbəbsiz yerə öldürdüklərini deyib:

"Şəxsən mənim işlətdiyim cinayətlərin siyahısı çox genişdir. Fələstinlilərdən canlı qalxan olaraq istifadə edirdik. Onlarla əl bombasını vətəndaşların olduğu məhəllələrə atdım. Amma əsgərlik boyunca mən yaxşıların tərəfində olduğuma inanırdım".

Hərbi jurnalist Rudi Vrankx bildirib ki, Yehuda Şaul İordan çayınıın qərb sahillərində əsgərlik edib. O dini təhsil verən bir yəhudi məktəbinin məzunu olduqdan sonra İsrasildə bütün gənc oğlan və qızlar kimi məcburi xidmətə aparılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR