Angela Merkel: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır"

Angela Merkel: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır"
19:42 21 Yanvar 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır. Biz bunu yüksək qiymətləndiririk. Biz Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik".

Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən brifinqdə deyib.

A.Merkel bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: "Biz Dağlıq Qarabağ münaqişəsi barədə danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".

O, həmçinin bildirib ki, görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr aparılıb.

Almaniya Kansleri qeyd edib ki, Azərbaycanla Almaniya arasında 2,5 milyard avro həcmində ticarət dövriyyəsi mövcuddur.

Azərbaycan-Almaniya münasibətləri barədə sualları cavablandıran A.Merkel deyib ki, Almaniya Azərbaycanın infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR