Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı

Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı
19:47 21 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

"Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini yaxından izləyir və bu istiqamətdə aparılan danışıqları dəstəkləyir".
 
Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən brifinqdə deyib.
 
A.Merkel, həmçinin vurğulayıb ki, bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.
 
Kansler son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulmasından təəssüfləndiyini bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR