Bağlarda təhlükəli xəstəlik: "Kaliforniya yastıcası"

Bağlarda təhlükəli xəstəlik: "Kaliforniya yastıcası"
19:47 21 Yanvar 2015
244 Sosial
Ölkə mətbuatı
A- A+

Şimal regionunda uzun illər meyvəçiliklə məşğul olan təsərrüfatçılar son dövrlərdə bağlarında yayılan "Kaliforniya yastıcası" adlanan xəstəliyin artmasından narahatdırlar. Xəstəliyin sürətlə yayılması nəticəsində bəzi təsərrüfatçıların alma və şaftalı bağları tamamilə məhv olub. Bağbanlar xəstəliyin qarşısını almaqda çətinlik çəkirlər. Buna əsas səbəb isə lazım olan bəzi maye və toz dərmanların tapılmamasıdır.
 
Regional TV (Region TV) xəbər verir ki, qubalı təsərrüfatçıların sözlərinə görə, hazırda rayonun 300 hektardan çox alma bağı bu xəstəliyə yoluxma nəticəsində məhv olmaq üzrədir. Bəzi təsərrüfatçılar isə alma və şaftalı bağlarının quruması nəticəsində ağaclarını tamamilə kəsib. "Kaliforniya yastıcası" xəstəliyi ağacların tozlanması prosesində sürətlə yayıla bilən və ağacın üz qabığından başlayaraq oduncağına qədər su ilə qidalanmasını əngəlləyib onu qurudan xəstəlikdir.
 
Mütəxəssislər bildirirlər ki, bu xəstəliklə mübarizə məqsədi ilə aqrotexniki tədbirləri tam yerinə yetirilməli, budama vaxtında aparılmalı, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməlidir. Yarpaq töküləndən sonra infeksiya mənbəyini məhv etmək üçün bağlarda 1-2 faizli dnok, yaxud 2-3 faizli nitrofen preparatları ilə çiləmə aparılmalıdır ki, təsərrüfatçılar bu preparatları əldə edə bilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR