Nəsimi Nəbizadə ilə 'Ana xəbər' bloku – 21 Yanvar - VİDEO

Nəsimi Nəbizadə ilə 'Ana xəbər' bloku – 21 Yanvar - VİDEO
20:12 21 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+



Günün şərhi

Bakı-APA. Valeri Permyakov və Dilqəm Əsgərov... İki fərqli ad, gündəmi tam fərqli məqamlarla zəbt edən iki fərqli sima... Biri Ermənistanda hərbi hissədən fərarilik edərək 7 ermənini qətlə yetirib, digəri öz doğma ata-baba yurduna səfər edib. Biri qanuni olaraq həbs edilib, ikincisinin girov götürülməsini və dırnaqarası həbsini isə heç bir qanunla əsaslandırmaq mümkün deyil. Amma Valeri Permyakov və Dilqəm Əsgərovun ortaq tərəfləri də var. Onlar hər ikisi Rusiya vətəndaşıdır. Rusiya yeddi ermənini qətlə yetirən Permyakovun öz vətənində mühakimə olunacağını qətiyyətlə bildirir. Çox gözəl, Rusiya tərəfinin buna haqqı var, çünki Permyakov ən azı iki cinayət törədib və bu cinayətlərdən ilkini Rusiyaya qarşı törədib. O fəraridir, silahını götürərək postunu tərk edib və buna görə Rusiya onun hərbi qanunlar əsasında mühakimə olunacağını bildirir. Dilqəm Əsgərov fərari deyil, vətəndaşı olduğu Rusiya dövləti qarşısında üzərinə götürdüyü öhdəlikləri pozmayıb. Deməli, Rusiya Permyakov kimi onun da ölkəsinə qaytarılmasında israrlı olmalıdır. Sergey Lavrovun bu gün verdiyi açıqlamada Moskvanın bu məntiq üzərindən hərəkət edə biləcəyinə işarələr var. Xarici işlər nazirinin açıqlamasında digər məqamı da nəzərdən qaçırmaq olmaz. Lavrov Dilqəm Əsgərovla bağlı məsələnin Ermənistanla, bəli, bəli, Dağlıq Qarabağla deyil, məhz Ermənistanla müzakirə olunmalı olduğunu açıq mətnlə deyib. Demək ki, Rusiya Dilqəmin qondarma rejimin məhkəməsi tərəfindən dırnaqarası mühakiməsini qəbul etmir. Təki belə olsun!

 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR