Trek üçün ən uyğun Mustang - FOTO

Trek üçün ən uyğun Mustang - FOTO
20:17 21 Yanvar 2015
453 Maraqlı
Ölkə mətbuatı
A- A+

Detroyt motorşousunda “Ford” şirkəti rəsmən sportkar “Mustang”-ın yeni modifikasiyası “Shelby GT350R”-i təqdim etdi. İstehsalçılar kupeni “modelin tarixində trek üçün ən uyğun “Mustang”” adlandırırlar ki, onda aerodinamika, şassinin tamamlanması və çox yüngül materiallar sahəsində markanın ən son işlərindən istifadə olunub. Yenilik “yastı” dirsəkli valı olan, 500 a.g. və 542 Nm fırlanma anı verən 5,2 litrlik atmosferli “səkkizliklə” təchiz olunub. 
 
Sportkar altıpilləli mexaniki sürət qutusu, yenidən köklənmiş adaptiv MagneRide asılqanı və arxa hissədə avtomobili trekdə aqressiv sürmə şəraitinə uyğunlaşdıran xüsusi soyutma sistemi olan Torsen differensialına malikdir. 
 
Milli.Az auto.az-a istinadən bildirir ki, kupenin çəkisini azaltmaq üçün onu arxa oturacaqlar, kondisioner, audiosistem, arxa görünüş kamerası, yük yerinin üzü, buraxılış sisteminin rezonatoru, həmçinin nasos və şinlərin təmiri üçün dəstdən məhrum etdilər. 
 
Bunun sayəsində yenilik 1619 kq-lıq trek idman-paketi olan adi “Ford Mustang Shelby GT350”-dən 59 kq yüngül alındı. Bununla belə, əlavə məbləğə trek “Mustanqı” üçün birzonalı klimat-kontrolu, 8-düymlük displeyi olan multimediya sistemi, naviqasiyası və yeddi kolonkası olan ləvazimat dəsti sifariş vermək olacaq. 
 
Standart təchizadda idman kupesi Michelin Pilot Sport Cup 2 şinləri olan 19 düymlük karbon təkər diskləri və kömür plastik elementləri olan banın aerodinamik asmasını əldə edəcək. Yeniliyin qiyməti haqqında hələlik məlumat verilmir.
 
Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR