Azərbaycan "Marı - 2015-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı"nın açılışında təmsil olunacaq

Azərbaycan "Marı - 2015-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı"nın açılışında təmsil olunacaq
20:28 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

21 noyabr 2014-cü il tarixində Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş TÜRKSOY Daimi Şurasının XXXII iclasının qərarı əsasında Türkmənistanın Marı şəhəri 2015-ci ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmuşdu.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar 27 yanvar 2015-ci il tarixində Marı şəhərində ilin açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində estrada, folklor və türk xalqlarının rəqs ansambllarının konserti, eyni zamanda, TÜRKSOY-a üzv ölkələrin mədəniyyət və turizm imkanlarının təşviq olunması və tanıdılması məqsədilə təsviri və dekorativ sənət ustalarının, həmçinin fotoqrafların əsərlərinin sərgisi təşkil ediləcək.

Azərbaycanı adıçəkilən tədbirdə nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, "Cəngi" estrada folklor ansamblı və əl sənətkarlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR