Ruslardan Bakıda möhtəşəm şou (VİDEO)

Ruslardan Bakıda möhtəşəm şou (VİDEO)
01:21 26 Dekabr 2014
146 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Rusiyadan gələn qonaqlar tərəfindən Bakı Dövlət Sirkində yeni proqramın tamaşası başlayır. Bayram günləri ilə əlaqədar olaraq sirk sevərlərə teatrallaşdırılmış fəvvarələrin “Qış nağılı” adlanan proqram təqdim olunacaq. Nəzərə alsaq ki, Yeni il qapımızın önündədir, onda tamaşaçılar üçün hazırlanmış proqramda Şaxta babasız keçinməyəcək. Uşaqlar və böyüklər isə özlərini əsil nağıldakı kimi hiss edəcəklər. Hətta tamaşanın başlanğıcında soyuq qışın gəlişini hiss etmək üçün göydən qar belə yağacaq.

Daha sonra səhnəyə Şaxta baba yeni illə birgə çıxacaq.

Sirk olsun döşəyə gimnastlar çıxmasın. Növbəti səhnəcik yüksəklikdən qorxmayanlar üçün əsil sınaq olacaq.

Sözsüz ki, hər bir nağılda olduğu kimi bu nağılda da şər qüvvələrsiz ötüşməyəcək. Onlarin gəlişi ilə aləm bir birinə dəyir, yeni il isə oğurlanır.

Deyilənə görə, tamaşalarda uşaqların ən çox marağına məhz heyvanlar səbəb olur. Lap ayılar kimi. Onlar bütün maneələrdən qorxmadan keçirlər.

Amma elə heyvanlar oldu ki, onları ram etmək o qədər də asan başa gəlmədi. Lap tərs pişik kimi. Təlimçinin bir neçə cəhdindən sonra, deyəsən, o yüksəklikdən enməyə razılıq verdi.

Bu dəfəki şou bir sıra yeniliklərlə yadda qalacaq. Yağan yağışın üzərində müxtəlif lazer effektlərindən tutmuş, səhnəyə ilk dəfə xüsusi olaraq bu proqram üçün üzən gəmiyə qədər.

Bakı Sirkində hər gün 2 - 3 tamaşa nümayiş olunacaq. Proqramın yanvar ayının ortalarına kimi fasiləsiz davam edəcəyi gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR