Kölndə 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərdən danışılıb

20:58 21 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+


Köln, 21 yanvar, AzərTAc
Alman-Azərbaycan Mədəniyyət Evinin 20 Yanvar qətliamının növbəti ildönümü ilə əlaqədar Kölndə təşkil etdiyi anma tədbirində faciə ilə bağlı həqiqətlərdən danışılıb.
Köln Əhli-Beyt məscidində keçirilən tədbirdə azadlıq uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, 20 yanvarda xalqın göstərdiyi şücaətlər barədə ibrətamiz çıxışlar edilib. Faciənin canlı şahidi olan soydaşlarımızın çıxışları Kölndə yaşayan gənclərə qürur dolu anlar yaşadıb. Tədbirin sonunda şəhidlərin ruhuna ehsan verilib.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Köln

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR