Ən etibarsız parollar - SİYAHI

Ən etibarsız parollar - SİYAHI
21:17 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hər il ən etibarsız parolların reytinqini dərc edən SplashData şirkətinin məlumatına əsasən, 2014-cü ilin nəticəsinə görə hesablar üçün ən etibarsız parol yenə 123456 rəqəmlər kombinasiyası olub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ikinci pilləni yenidən password (ingiliscədən tərcümədə parol deməkdir) sözü tutub. 1-dən 5-dək rəqəmlər kombinasiyası ardıcıllığı üçüncü pilləni tutub, dördüncü pillədə isə 12345678 qərarlaşıb. Beşinci pillənin sahibi isə Qwerty sözüdür.
 
Analitiklər bildiriblər ki, ardıcıl rəqəmli kombinasiyalara müdaxilə çox asandır. 25 etibarsız parol arasında belə parolların sayı 10-dur. Buna görə vacib məlumatların olduğu hesablara (məsələn, elektron poçt və ya onlayn bankçılıq xidməti) belə parolları təyin etmək lazım deyil.
 
Çox vaxt etibarsız parollar arasında idman terminlərinə rast gəlinir. Belə ki, ilk onluqda baseball (8-ci yer) və ya football (10-cu yer) sözləri, ilk yüzlükdə isə məşhur idman komandalarının adları (yankees, eagles, steelers, rangers və lakers) qərarlaşıb.
 
Çox vaxt istifadəçilər parol qismində adlardan istifadə edir. Belə ki, Michael adı 20-ci yerdə yerləşib.
 
Nəhayət, sevimli qəhrəmanın da parol kimi təyin edilməsi yaxşı qərar deyil. Belə ki, etibarsız parollar siyahısı üzrə reytinqin 21-ci pilləsində superman, 24-də isə batman parolları qərarlaşıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/320229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR