"Azəryol" "pley-off"da!

"Azəryol" "pley-off"da!
21:22 21 Yanvar 2015
209 İdman
Ölkə mətbuatı
A- A+

"Azəryol" voleybol klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, Bakı təmsilçisi bu uğura qrup mərhələsinin başa çatmasına bir tur qalmış imza atıb.
 
Aleksandr Çervyakovun yetirmələri V tur çərçivəsində “Fənərbaxça”ya 0:3 hesabı ilə uduzsalar da, əsas izləyicisi – “Nant”ının xal itirməsi işinə yarayıb. Belə ki, Rumıniyada “Ştiinta”nın qonağı olan Fransa təmsilçisi qələbəyə həsrət rəqibinə ciddi müqavimət göstərə bilməyib və 1:3 (20:25; 14:25; 25:16; 19:25) hesabı ilə məğlub olub. Nəticədə son turda qarşılaşacağı “Azəryol”dan 4 xal geri düşən “Nant” son oyunun hesabından asılı olmayaraq, komandamızın pley-offda mübarizəni davam etdirməsini rəsmiləşdirib.
 
Qrupda üçüncü yerin sahibi - CEV kubokuna enəcək klubun adına isə son turda aydınlıq gələcək.
 
Qeyd edək ki, artıq B qrupunda 1-ci yeri özünə təmin edən “Fənərbaxça”nın IV turda mərhələ adlaması dəqiqləşmişdi.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR