“Qara Yanvar” qurbanlarının xatirəsi Hyustonda yad edilib

“Qara Yanvar” qurbanlarının xatirəsi Hyustonda yad edilib
21:28 21 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 21 yanvar, Yusif Babanlı, AzərTAc
1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisələr Hyustondakı Azərbaycan mədəniyyəti mərkəzində yad edilib.
Mədəniyyət mərkəzinin prezidenti İradə Axundova tədbirdə çıxış edərək Azərbaycan üçün o ağır günlər, sovet ordusunun Bakıda dinc əhaliyə divan tutması barədə məlumat verib.
Anım gecəsində Türkiyənin Hyustondakı konsulu Fərhad Alkan da iştirak edib. Tədbirin sonunda azərbaycanlı pianoçu Təranə Teylorun ifasında Qara Qarayevin klassik kompozisiyaları səslənib.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qara_Yanvar_qurbanlarinin_xatiresi_Hyustonda_yad_edilib-826517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR