"Üzeyir Hacıbəyli müğənni olmağımı istəyirdi" (VİDEO)

"Üzeyir Hacıbəyli müğənni olmağımı istəyirdi" (VİDEO)
21:41 21 Yanvar 2015
190 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti, Şərqin ilk opera yazan bəstəkarı “Gəlin qayası” operası, “Ev bizim, sirr bizim” operettasının, 300-ə yaxın mahnı və romansın müəllifi mərhum bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.

Şəfiqə Axundova ən populyar müğənnilərimiz qədər şöhrət sahibi olub. Biz onun mahnıları ilə böyüyüb, sevdiyimiz müğənnilər qədər onu da sevmişik. Üzeyir Hacıbəyov məktəbini bitirmiş, necə deyərlər bu dahi bəstəkarın əlindən su içmişdi. Ona görə də mahnılarını az qala su kimi içmək istəyirdin.

Xalq artisti, bəstəkar, Şəfiqə Axundova Üzeyir Hacıbəylini belə xatırlayır: “Üzeyir müəllim deyirdi ki, sənin yazmağından oxumağın daha çox xoşuma gəlir. Amma atam məni müğənni olmağa qoymadı”.

Bəlkə müğənni də olsa, bu qədər seviləcəkdi. Amma inanıram ki, onda da xoşbəxt olmağı bacarmayacaqdı. Əslində “Gəlin qayası” operasıyla adını Şərqdə opear yazan ilk qadın bəstəkar siyahısına birinci yazdırmaqla o xoşbəxtliyin tam zirvəsinə yüksələ bilmişdi. Amma “Gəlin qayası”nın müəllifi bir ailənin gəlini olmaq xoşbəxtliyindən məhrum idi. Ailəsini tez itirmişdi. Oğlu Talehi də az sonra itirdi.

Bundan sonra Şəfiqə Axundova fortepiano arxasına onsuz da az olmayan dərdlərini ikiqat dilləndirmək üçün keçdi. Amma əminəm ki, indi o, çox xoşbəxtdir. Və taleyini də hələ indi tapıb. Oğlu Talehin yanında.

Mənbə
ANS TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR