Ərdoğandan "Bakı qalmaqalı" ilə bağlı açıqlama

Ərdoğandan "Bakı qalmaqalı" ilə bağlı açıqlama
01:56 26 Dekabr 2014
176 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın Bakıda keçiriləcək sərgidə iştirak edənlərin siyahısına etdiyi müdaxilə ilə bağlı xəbər təkzib olunub.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidentinin mətbuat xidmətindən verilən təkzibdə deyilir ki, bu gün Eminə Ərdoğanla bağlı mətbuatda səsləndirilən iddialar doğru deyil:

"Bu gün gündəlik dərc olunan qəzetlərin birində moda layihəsi çərçivəsində Bakıda reallaşdırılacaq bir sərginin iştirakçıları siyahısına hörmətli prezidentimizin həyat yoldaşı Əminə Ərdoğanın müdaxilə etdiyi ilə bağlı səsləndirilən iddia gerçəkliklər xaricindədir. Hörmətli Əminə Ərdoğanın hər hansı bir nümayişdə hansı kolleksiyanın yer alacağına qarışmayacağı aydın olduğu kimi, eyni xəbərdə adı çəkilən holdinq ilə gizli ortaqlığı olduğu istiqamətindəki iddialar da tamamilə böhtandır

Hörmətli Ərdoğan söz mövzusu olan əsassız iddia və böhtanlarla əlaqədar olaraq hər cür hüquqi haqqını da qorumaqdadır".

Qeyd edək ki, bu gün Türkiyə və Azərbaycan mediasında yayılan xəbərlərdə Bakıda keçiriləcəyi gözlənilən moda sərgisinə dəvət edilən modelyer Yıldırım Mayrukun rəhbərlik etdiyi “Yıldırım Mayrukun Kolleksiyası”nın siyahıdan çıxarıldığı bildirilib. Buna səbəb kimi “Yıldırım Mayrukun Kolleksiyası”nda iştirak edən stilist Barbaros Şansalın Ərdoğan hakimiyyətinin ünvanına sərt tənqidlər səsələndirilməsi göstərilir.

Barbaros Sansal verdiyi açıqlamada bildirib ki, "Aydeniz Holdinq”in sahibinə Ankaradan edilən zəngdən sonra onlar sərgi iştirakçıları siyahısından çıxarılıblar:

"Səbəb kimi isə bu sərgiyə Əminə Ərdoğanın da qatılacağı göstərilib".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR