Miniatür kitab muzeyi Ginnesin rekordlar Kitabına düşdü

Miniatür kitab muzeyi Ginnesin rekordlar Kitabına düşdü
22:19 21 Yanvar 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova  bildirib ki, 30 ildən artıq müddətdə formalaşmış kolleksiya bu gün də yeni nüsxələrlə zənginləşir.

 

Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilmiş 5600-dən çox miniatür kitab sərgilənir. Burada ən nadir eksponatlar Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü 2x2 mm formatındadır), habelə Almaniyada hazırlanmış dörd mikrokitab (bu nəşrlərdən biri 2,0x2,9 mm formatında, qalan üçü 3,5x3,5mm formatındadır).

 

2015-ci il yanvarın 21-də Ginnesin Rekordlar Kitabının rekordlar üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o, miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunub. Yaxın vaxtlarda Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim ediləcək.

 

Xatırladaq ki, bundan əvvəl miniatür kitabların ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplamağa müvəffəq olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR