Karlo Ançelotti rəqiblərini qabaqladı

Karlo Ançelotti rəqiblərini qabaqladı
22:29 21 Yanvar 2015
244 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin yekunlarına əsasən dünyanın ən yaxşı klub baş məşqçilərinin reytinq siyahısını dərc edib.

Apasport.az saytının məlumatına görə, 10 çalışdırıcının yer aldığı siyahının ilk pilləsində ötən mövsüm "Real"la Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olan Karlo Ançelotti qərarlaşıb.

 

İtaliyalı mütəxəssis 169 xalla reytinqdə hər kəsi qabaqlayıb. Digər yerləri isə Dieqo Simeone ("Atletiko") (139 xal), Pep Qvardiola ("Bavariya") (76 xal) və Joze Mourinyo (“Çelsi”) (15 xal) tutub.

 

Ən yaxşı klub baş məşqçiləri:

 

1. Karlo Ançelotti ("Real", Madrid) - 169 xal

 

2. Dieqo Simeone ("Atletiko", Madrid) - 139 xal

 

3. Pep Qvardiola ("Bavariya") - 76 xal

 

4. Joze Mourinyo ("Çelsi") - 15 xal

 

5. Unai Emeri ("Sevilya") - 11 xal

 

6. Manuel Peleqrini ("Mançester Siti") - 8 xal

 

7. Jürgen Klopp ("Borussiya", Dortmund) - 7 xal

 

8. Antonio Konte ("Yuventus") - 6 xal

 

9. Ronald Kuman ("Feyenoord" / "Sauthempton") - 3 xal

 

10. Rudi Qarsiya ("Roma") - 2 xal

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR