Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb

02:22 26 Dekabr 2014
70 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 01:57 ]

Bakı-APA. Kolumbiyada kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Cessna tipli təyyarə Santander departamentində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 6 sərnişin və 1 pilot ölüb. Malaqa şəhərinə istiqamət alan təyyarənin Bukaramanqa şəhərindən havaya qaldığı və bir müddət sonra radarlardan yoxa çıxdığı bildirilir.  

 

Rəsmi qurumların məlumatına görə, qəzadan əvvəl dispetçerə mühərrikdə problem yarandığını bildirən pilot,  Bukaramanqa aeroportuna qayıtmağa cəhd edib, lakin təyyarə müəyyən məsafə qət etdikdən sonra yerə çırpılıb.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR