İradə vətənə qayıtdı (VİDEO)

İradə vətənə qayıtdı (VİDEO)
02:46 26 Dekabr 2014
270 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış azərbaycanlı müğənni İradə İbrahimova ötən gün Bakıda media nümayəndələri ilə bir araya gəlib.

ANS PRESS-in məlumatına görə, müğənni İstanbulda türk komandası ilə iş birliyinin nəticəsi olaraq yeni klipinin təqdimatını keçirib.

“Seneler” (“İllər”) adlı mahnıya çəkilən klipin rejissoruluğunu Gülşən Aybaba öz üzərinə götürüb. Bir müddət əvvəl tizeri sosial şəbəkələrdə yayılan klip tam şəkildə izləyicilərin ixtiyarına verilib.

Bundan başqa, sənətçi yaradıcılığında nəzərdə tutulan digər planlarından da danışıb. O, yaxın günlərdə “Olmamalıydı” adlı mahnıya çəkilən klipini də təqdim edəcəyini bildirib.

İradə Yeni ili ailəsi ilə Bakıda qarşılayacaq və telekanallarda çıxış edəcək.

Qeyd edək ki, klipi təqdim edilən mahnını sözləri İsra Gülümsərə, musiqisi Henreyə, aranjemanı isə Tolqa Çelikə məxsusdur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=316349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR