50 manata görə bacısını öldürdü

50 manata görə bacısını öldürdü
23:21 21 Yanvar 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ağır qətl hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ailə faciəsi bu gün axşam 10 radələrində Lənkəranın Xolmili kəndində baş verib.

Xolmili kənd sakini 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov ailə münaqişəsi zəminində bacısı 30 yaşlı Kübra Səttar qızı Əhmədovanı bıçaqlayıb. Qardaş bacısının bədəninin müxtəlif nayihələrinə və kürəyinə bir neçə bıçaq zərbəsi vurub.

Kübra Əhmədova hadisə yerində dünyasını dəyişib.

Onun meyiti Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ceyhun Əhmədov hüquq mühafizə orqanı əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

İlkin ehtimala görə, qətl hadisəsi borc pul üstə baş verib. Bildirilir ki, qətlə yetirilən bacının qardaşdan aldığı 50 manat pulu qaytarmaması həyatı bahasına başa gəlib. Hər iki şəxs subay olub.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR