Səmra 'O səs Türkiyə'də 'Sarı Gəlin'i oxudu - video

Səmra 'O səs Türkiyə'də 'Sarı Gəlin'i oxudu - video
23:36 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin "Birə bir" mərhələsinin növbəti günündə azərbaycanlı Səmra Rəhimli çıxış edib.

Axşam.az-ın xəbərinə görə, keçən tur Hadisənin mərhələsində "Lady Marmalade" mahnısıyla qalib gələn Səmra bu dəfə Beyonsun repertuarından "Sweet dreams" mahnsını oxuyub.

Komanda yoldaşı Zeynəblə səhnəyə çıxan həmyerlimiz Hadisənin seçimiylə cütlüyün uduzan tərəfi olub.

Lakin qaydalara əsasən uduzan ifaçı yenidən jürilərin seçimiylə yarışmada qalmaq şansı qazanır. Səmranı bu dəfə müğənnilər Gökhan, Ebru Gündeş öz komandasında görmək istəyib. O, yarışmaya Gökhanla davam etmək istədiyini deyib. Seçim anında S.Rəhimli "Sarı Gəlin" mahnısını da oxuyub.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR