Xaçmazda sürücü 35 yaşlı qadını vuraraq öldürüb

23:42 21 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 23:36 ]

Xaçmaz. Vəli Turan – APA. Qəndab-Yalama yolunun 10-cu km-liyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonu, Ağalıq kənd sakini 35 yaşlı,  4 uşaq anası Gülşən Babayevanı 99 CO 380 dövlət nömrə nişanlı “KİA Sorento” markalı avtomaşın vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

 

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Rayon mərkəzi xəstəxanasının morquna gətirilib. Ekspertizadan sonra meyit ailəsinə təhvil verilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq idarəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR