Şabranda 35 yaşlı qadın öldürülüb

Şabranda 35 yaşlı qadın öldürülüb
00:12 22 Yanvar 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

Qəndab-Yalama yolunun 10-cu km-liyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şabran rayonu, Ağalıq kənd sakini 35 yaşlı, 4 uşaq anası Gülşən Babayevanı 99 CO 380 dövlət nömrə nişanlı “KİA Sorento” markalı avtomaşın vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Rayon mərkəzi xəstəxanasının morquna gətirilib. Ekspertizadan sonra meyit ailəsinə təhvil verilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq idarəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR