Gümrü erməni polisinin mühasirəsində (FOTO)

Gümrü erməni polisinin mühasirəsində (FOTO)
00:26 22 Yanvar 2015
248 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhəri polis mühasirəsindədir.

ANS PRESS erməni mətbuatına istinadən məlumat verir ki, Gümrüdəki polis qüvvələrinin sayı vətəndaşların aşkar narazılığına səbəb olur:

"Şəhərdə yerləşən Rusiya Hərbi bazasının hərbçiləri hələ də sakit həyata dönməyiblər. Bu isə Gümrüdəki gecə klublarına, saunalara, restoranlara, mağazalara, motellərə, taksilərə və erməni fahişələrinin fəaliyyətinə təsirsiz ötüşməyib" - deyə erməni mətbuatı yazır.

Məlumatda bildirilir ki, rus hərbçisi Valeri Permyakovun bir ailənin 7 üzvünü öldürməsinə görə, şəhər əhalisinin qəzəbi hələ də soyumayıb. Yanvarın 21-də rus həbçinin xəsarət yetirdiyi 6 aylıq körpənin dəfn mərasimində izdiham yaşanıb. Bu səbəbdən də Ermənistanın müxtəlif yerlərindən hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrüyə cəlb edilib. Onlar rus hərbçilərinin təhlükəsiziyinin qorumasına səfərbər olunub.

Erməni polisinin bu ərəfədə özünü çox təmkinli apardığını vurğulayan mətbuat bildirir ki, şəhərdə yüksək təhlükəsizlik tədbirləri sadə əhalinin narazılığı ilə müşaiyyət olunur. Onlar hətta tanımadığı mülki geyimli şəxsləri belə görməyə əsəbləşirlər.

45 yaşlı taksi sürücüsü Albert erməni polisinin insanları qorxutmaq üçün səbəb axtardığını bildirib.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR