Gəncədə 16 yaşlı oğlanı maşın vurub

Gəncədə 16 yaşlı oğlanı maşın vurub
00:32 22 Yanvar 2015
158 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Nizami prospektində baş verib. Belə ki, Göygöl rayon Quşqara kənd sakini 16 yaşlı İsmət Zeynalov yolu keçərəkən sürücüsünün adı hələki məlum olamayan VAZ 2107 markalı avtomobil tərəfindən vurulub.

Zərəçəkmiş elə VAZ sürücüsünün köməkliyi ilə Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər 16 yaşlı oğlanın vəziyyətin normal qiymətləndirir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR