Ebru Gündeş bu dəfə də Elnuru seçdi - video+fotolar

Ebru Gündeş bu dəfə də Elnuru seçdi - video+fotolar
00:41 22 Yanvar 2015
383 Şou
Ölkə mətbuatı
A- A+

“O səs Türkiyə”nin favoritlərindən sayılan həmyerlimiz, müğənni Elnur Hüseynov "Birə bir" mərhələsində səhnəyə çıxıb.

Axşam.az-ın xəbərinə görə, bundan öncə dueldə "Stay in alive" (Bee Gees) mahnısını ifa edərək növbəti mərhələyə keçən azərbaycanlı müğənni bu dəfə "Golden Eye" mahnısını oxuyub. Ebru Gündeşin komandasında olan Elnur Şermin adlı iştirakçıyla yarışıb.

Ebru Elnur Hüseynovu seçərək, ona növbəti mərhələdə iştirak hüququ qazandırıb. Sonda tamaşaçıların xahişiylə Elnur mahnını ikinci dəfə səsləndirib.

Qeyd edək ki, Türkiyənin “TV8” kanalında Acun İlıcalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur yer alıblar.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR