Rusiyada azərbaycanlı həbs edildi

Rusiyada azərbaycanlı həbs edildi
01:51 22 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Murmansk rayon məhkəməsi qul əməyindən istifadə etməkdə ittiham olunan Azərbaycan vətəndaşı Akif Həsənlinin işinə baxır.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya regional prokurorluğun mətbuat xidməti xəbər verib.

"Akif Həsənli Monçeqorsk şəhərinin iki sakinindən qul kimi istifadə edib", - deyə prokurorluğun açıqlamasında bildirilir.

İstintaq müəyyən edib ki, 2013-cü il mart ayında Akif Həsənli mənzilinin təmizlənməsi bəhanəsiylə tək yaşayan kişiləri evinə dəvət edib. Daha sonra güc yolu ilə onların sənədlərini alaraq evində onları işlədib.

Zərərçəkmişlər mənzil təmizlənməsi və uşaqlara baxmaq kimi müxtəlif işlərlə məşgul olublar. Bundan əlavə, Akif Həsənli qurbanlardan birinin mənzilini satmağa məcbur edib, pulunu əlindən alıb. Yay ayında "qullardan" birini Leninqrad regionunda olan bağına aparıb. Kişi bağdan qaçaraq polisə məlumat verib.

Akif Həsənli barəsində qul əməyindən və fırıldaqçılıqdan istifadə ilə cinayət işi açılıb. Onu 10 il həbs gözləyir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR