Zabrat sakinlərindən eitraz (VİDEO)

Zabrat sakinlərindən eitraz (VİDEO)
02:01 22 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Zabrat 2-də yaşayan sakinlərin istəyi elektrik xətləri keçən dirəklərin qəsəbə daxilindən çəkilməməsidir.

ANS TV-nin məlumatIna görə, qəsəbədə aparılan yenidənqurma işlərindən narazı qalan 50-dən çox ailədir. Söhbət Sabunçu rayonu, Zabrat 2 qəsəbəsindən gedir. Ailələrin etirazına səbəb isə əvvəl yolun kənarında olan elektrik xətləri keçən dirəklərin yerinin dəyişdirilərək qəsəbəinin içərisinə yerləşdirilməsidir. Üstəlik narahat doğuran məqam evlərin elektrik xətlərinin yaxınlığında yerləşməsidir.

“Çəkmələrinə etirazımız yoxdur, kabelləri yerin altı ilə çəksinlər. Belə daha yaxşı olar. Küləkli havada bu alminium məftillər qırılıb yerə düşəcək” - deyə şikayətçi Nəsibə Cavadova bildirib.

“Bakıeletrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, qəsəbədə abadlıq işləri aparılır. Bu da Avropa Oyunları ilə əlaqədar olaraq reallaşmaqdadır:

“Bütün idman oyunlarının keçirildiyi ərazilərin və digər yerlərin elektirik enerji xətlərinin yenidən qurulması, köhnə xətlərin yenilərilə əvəz olunmasını qarşıya məqsəd kimi qoymuşuq“

Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, bu cür tədbirlər davamlı olacaq.

Mənbə
ANS TV: Hürü Əliyeva


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR