On bir ayda muzdla işləyənlərin orta aylıq əmək haqqı 5,4 faiz artıb

On bir ayda muzdla işləyənlərin orta aylıq əmək haqqı 5,4 faiz artıb
02:48 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-noyabr aylarında 5,4 faiz artaraq 442,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksələrək sənayedə 709,5 manat, tikinti kompleksində 626,7 manat, nəqliyyatda 538 manat, informasiya və rabitə sahəsində 733,5 manat olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR