Ötən il Ağcabədinin idman həyatında uğurlu olub

Ötən il Ağcabədinin idman həyatında uğurlu olub
03:48 22 Yanvar 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 22 yanvar, AzərTAc 
2014-cü il Ağcabədi rayonunun idman həyatı üçün uğurlu il olub.
Rayon gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev AzərTAc-a müsahibəsində bildirib ki, Ağcabədi rayonunda futbol, voleybol, aşıhara kaykan karate, şotokan karate-do, muay-tay, taekvondo, kikboksinq, atletika, şahmat, uşu-sanda, cüdo, sambo, tayboksinq, boks, sərbəst güləş idman növləri fəaliyyət göstərir.
Rayonun uşaq, yeniyetmə və gəncləri 170 idman qurğusundan, 40-dan artıq stadiondan, o cümlədən 1500 nəfərlik 3 böyük stadiondan istifadə edirlər. Hazırda Prezident İlham Əlievin müvafiq Sərəncamına əsasən, rayonda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.
2014-cü ildə rayon idmançıları beynəlxalq, respublika və zona yarışlarında 305 medala layiq görülüblər. Medalların 2-si dünya çempionatında, 2-si dünya kubokunda, bir o qədəri Avropa çempionatında, 43-ü beynəlxalq yarışlarda qazanılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Agcabedinin_idman_heyatinda_ugurlu_olub-826559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR