Girovlarımız üçün imza kampaniyası (FOTO)

Girovlarımız üçün imza kampaniyası (FOTO)
03:51 22 Yanvar 2015
280 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı Türkiyədə imza kampaniyasına başladılıb.

ANS PRESS-in məlumatına görə, Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin sərbəst buraxılması üçün İğdırda imza kampaniyasına start verilib.

İğdır Azərbaycan Evi Dərnəyində baş tutan kampaniyanın icrası zamanı vətəndaşlar Türkiyə və Azərbaycan dövlətlərinin bayraqlarını açıblar. Dərnək rəhbəri Sərdar Ünsal hər iki azərbaycanlının girov saxlanılaraq həbs edildiyini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni hökm yürütməyə çalışdığını söyləyib.

Ermənistanın işğalçı siyasəti aparmasından əlavə, məsum insanlara qarşı zorakı hərəkətlər etməsi də çıxış zamanı söylənilən fikirlər arasında yer alıb.

Dərnək rəhbəri bildirib ki, kampaniyada toplanan imzalar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və ölkənin baş naziri Əhməd Davudoğluna göndəriləcək.

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. H.Həsənov qətlə yetirilib, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. D.Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.


Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR