Şok! Bir oturumda 160 yumurta yedi (FOTO, VİDEO)

Şok! Bir oturumda 160 yumurta yedi (FOTO, VİDEO)
04:36 26 Dekabr 2014
138 Digər
Ölkə mətbuatı
A- A+

Çində 46 yaşlı “yemək müsabiqəçisi” bir pturumda 160 ədəd yumurta yeyib.

ANS PRESS-in məlumatına görə, hadisə Çinin Human əyalətindəki restoranlardan birinin açılışında baş verib.

Özünü “yemək müsabiqəçisi” kimi təqdim edən Pan Yizhonq 40 dəqiqəyə 150 bildirçin, 10 toyuq yumurtası yeyib.

İşini başa vuran Pan doyduğu üçün yox, yorulduğu üçün dayandığını deyib. Müsabiqəçi hətta ağzının dadını bərpa etmək üçün yumurtaların üstündən qızarmış ət və dondurma yeyib.

Qeyd edək ki, Pan daha əvvəl iştirak etdiyi müsabiqədə 147 kotlet, başqa bir müsabiqədə isə 15 dəqiqəyə 40 kasa əriştə yemişdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR