Pəncərədən evə girib 6 yaşlı qızı zorlamaq istədi

Pəncərədən evə girib 6 yaşlı qızı zorlamaq istədi
03:56 22 Yanvar 2015
300 Digər
Ölkə mətbuatı
A- A+

Avstriyada sərxoş ingilis əsgəri pəncərədən girdiyi evdəki 6 yaşlı qızı zorlamağa cəhd edib. ANS PRESS-in məlumatına görə, “Daily Mail” əsgərin Kral topçu birliyi, 7-ci paraşütçü polkunda qırıcı təyyarədə vəzifəli olduğunu bildirib.

Hadisə Noyştift Ştubaytal qəsəbəsində baş verib və azyaşlının fəryad etməsindən sonra köməyinə atası yetişib. Qızının otağında yarıçılpaq vəziyyətdə sərxoş əsgər yaxalayan ata onu hərbi hissəyə təslim edib.

Şəxsiyyəti məxfi saxlanılan əsgərin Alp dağının Tirol bölgəsindəki hərbi təlimlərdə iştirak etmək üçün Avstriyada olduğu qeyd edilib.

Hərbçinin ilkin olaraq İngiltərə hərbi məhkəməsində mühakimə olunduğu bildirilsə də, prosesin Avstriyada davam edəcəyi qeyd edilib.

İlk proses martın 10-da keçiriləcək və əsgər barəsində 10 həbs cəzası tələb olunur.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR