“Selfie” həvəskarları üçün ucuz smartfon

“Selfie” həvəskarları üçün ucuz smartfon
04:26 22 Yanvar 2015
233 Digər
Ölkə mətbuatı
A- A+

Mobil telefon kamerası ilə avtoportretlərinin yaradılması üzrə populyar trendə uyğun Çinin "ZTE" şirkəti 5 meqapiksellik ön fotomodulla təchiz edilmiş ucuz smartfonunu hazırlayıb.

ANS PRESS-in məlumatına görə, "ZTE Blade V2" adlı yeni qurğu 1,2 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik 64 bitlik Qualcomm Snapdragon 410 prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili fləş daşıyıcının həcmi 8 QB təşkil edir. Əlavə rəqəmli məzmunu microSD çıxarılıb taxılan daşıyıcılarında yadda saxlamaq olar. Bu barədə ICTnews bildirir.

Aparat 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib. Çin istehsalçısı əsas kamera üçün işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik təsvir ötürücüsü, ön kamera üçün 5 meqapiksellik matrisdən və jestlərin köməyi ilə çəkilişi idarəetmə funksiyasından istifadə edib.

Cihazın elektron içliyi 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Smartfon LTE şəbəkəsində işləyəcək.

"ZTE Blade V2" smartfonunun satış qiyməti, həmçinin satış tarixi açıqlanmayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR