“Skype”da inanılmaz səhv

“Skype”da inanılmaz səhv
04:36 26 Dekabr 2014
115 Digər
Ölkə mətbuatı
A- A+

“Skype” proqramının həmsöhbəti gizli müşahidə etməyə imkan verdiyi aşkar olunub.

ANS PRESS-in məlumatına görə, xidmət istifadəçisi sadə müdaxilələr etməklə xəttin digər tərəfindəki abunəçini dinləyə və izləyə bilər. Bunun üçün ikinci abunəçi Android sistemini dəstəkləyən qurğudan istifadə etməlidir.

“İmkan”dan yararlanmaq üçün Skype proqramı olan 2 qurğu lazımdır. Şəbəkəyə qoşulmuş hər iki qurğuda abunəçi A eyni Skype hesabına daxil olmalıdır. Abunəçi A Android sistemli qurğudan istifadə edən abunəçi B-yə zəng edərkən abunəçi A zəng edən qurğunu şəbəkədən ayırır.

Sonra abunəçi B-nin Android-qurğusu abunəçi A-nın öz hesabına daxil olduğu ikinci qurğuya avtomatik zəng edəcək.

Abunəçi A zəngə cavab verdikdə qurğular arasında səs və videobağlantı qurulacaq. Bununla da, o, xəttin digər tərəfində baş verənləri eşidə və görə biləcək. İkinci həmsöhbətin izləndiyindən xəbərsiz olma ehtimalı var.

Bu haqda Ponkers adlı istifadəçi Reddit sosial saytında bildirib. O, bu çatışmazlığı şəxsi həyatının toxunulmazlığına böyük önəm verən insanların “kabus”u adlandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR