Dostluq görüşündə düşmənçilik (VİDEO)

Dostluq görüşündə düşmənçilik (VİDEO)
05:36 22 Yanvar 2015
233 İdman
Ölkə mətbuatı
A- A+

Argentinada ölkə klubları arasında keçirilən dostluq görüşü gözlənilən kimi xoş sonluqla bitməyib.

ANS PRESS-in məlumatına görə, Argentinanın “Boka Xuniors” “Reysinq” klubları dostluq görüşləri çərçivəsində üz-üzə gəlib.

Matçın ilk hissəsində 10 nəfərlə azlıqda qalan “Boka” futbolçularının əsəbləri gərilib. Oyunun 28-ci dəqiqəsində Leandro Marinin reysinqli rəqibi Rikardo Senrtarynı sərt bir hərəkətlə yerə yıxması tərəfləri qızışdırıb. Oyunçular arasında mübahisə yaranıb.

Hakim isə məsələnin böyüməsinin qarşısını almaq üçün Mainə qırmızı kart göstərib. Lakin bu da gərginliyi aradan qaldırmağa kifayət etməyib.

Qeyd edək ki, rəqibin azlıqda qalmasında istifadə edən Reysinq klubu matçı 4:1 öz xeyrinə başa çatdırıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=321076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR