Cəlilabadın Uzuntəpə kənd sakini avtomobillərin ehtiyat hissələrindən yeni traktor düzəldib

Cəlilabadın Uzuntəpə kənd sakini avtomobillərin ehtiyat hissələrindən yeni traktor düzəldib
06:08 22 Yanvar 2015
426 Ölkə
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 22 yanvar, AzərTAc
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Təvəkkül Nəsirov qeyri-adi traktor düzəldib.
AzərTAc xəbər verir ki, ixtisasca mühəndis olan T. Nəsirov yeni traktoru yığmaq üçün 10-a yaxın avtomobilin ehtiyat hissələrindən istifadə edib.
Mühəndis traktorun ilkin variantının hazırlanmasında “VAZ-2106” markalı minik avtomobilin mühərrikindən və “QAZ-53” markalı yük avtomobilin sürət qutusundan yararlanıb. Sonralar o, traktorun gücünü artırmaq üçün hərbi avtomobillərin ehtiyat hissələrini də mühərrikə əlavə edib.
Minik və yük avtomobillərinin ehtiyat hissələrindən ərsəyə gələn traktora sahibi "Azərbaycan" adını verib. Kiçik ölçüdə olması bu texnikaya həyətyanı sahədə rahat manevretmə imkanı verir.
"Azərbaycan" traktoru xeyli müddətdir ki, sahibinə qazanc da gətirir. Yeni texnika qoşqusu ilə birlikdə 6 ton yükgötürmə qabiliyyətinə malikdir.
Təvəkkül Nəsirov deyir ki, əgər sifariş olarsa, bu traktordan yenə də düzəldə bilər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadin_Uzuntepe_kend_sakini_avtomobillerin_ehtiyat_hisselerinden_yeni_traktor_duzeldib-826561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR