İsraildə korrupsiya işi üzrə 20 məmur saxlanılıb

04:37 26 Dekabr 2014
63 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 04:20 ]

Bakı-APA. İsrail polisi XİN rəhbəri Aviqdor Libermanın rəhbəri olduğu partiyanın üzvləri də daxil olmaqla 20-dən çox məmur saxlayıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə polisin açıqlamasında bildirilir.   

 

Məlumata görə, saxlanılanların arasında keçmiş turizm naziri Faina Kirşenbaum da var. Onun barəsində dekabrın 28-dək həbs qətimkan tədbiri seçilib.   

 

Daha 4 saxlanılan şəxs məhkəmənin qərarı ilə ev dustağı edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Yerusəlimin keçmiş  meri Uri Lupolyanskiyə rüşvət aldığına görə  6 il müddətində həbs cəzası verilib.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR