“Sirlər dünyası”nın məşhur aktyoru öldü

“Sirlər dünyası”nın məşhur aktyoru öldü
06:36 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur teatr aktyorlarından biri dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə bir sıra teatr tamaşaları, kino və seriallarda ölməz rollar canlandıran aktyor Oğuz Oktayın bu gecə Bakı vaxtı ilə 02:20-də öldüyü bildirilir.

Məhum aktyor Dr. Siyami Ersək Kardiologiya Xəstəxanası əməliyyat reanimasiya şəbösində bir müddətdir müalicə olunurdu.

Ailə yaxınları 76 yaşında həyata gözlərini yuman aktyorun bu gün günorta Kadıköydə Ərənköy Qalib Paşa məscidində qılınacaq cənazə namazından sonra dəfn ediləcəyini bildiriblər.

Qeyd edək ki, 1939-cu ildə Yalovada dünyaya göz açan Oğuz Oktay bir çox rollarda oynasa da, Azərbaycan tamaşaçısı onu “Sirlər dünyası” serialında canlandırdığı obrazlarla tanıyırdılar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=321081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR