Sərxoş ata uşaqları kafedə girov qoyub, evdə yatdı (VİDEO)

Sərxoş ata uşaqları kafedə girov qoyub, evdə yatdı  (VİDEO)
06:56 22 Yanvar 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnodar şəhərində maraqlı hadisə qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, kafelərdən birinə uşaqları ilə gələn ata hesab yerinə deyəsən balaları ilə ödəşmək niyyətində olub.

Uşaqlara çay və pirojna sifariş edən ata özünə kofe götürür. Daha sonra hesaba pul çatmadıqda o, kartdan pul çıxaracağını və 5 dəqiqəyə gələcəyini bildirir. Bir saat- iki saat...ata yoxdu. Axşam düşdükdə kafe işçiləri nə edəcəklərini bilmədən birinci yerli “oxrana” mühafizə xidmətinə müraciət edirlər.

İşçilər uşaqları evlərinə təhvil vermək istəyəndə məlum olur ki, 5 və 7 yaşlı uşaqlar evlərinin ünvanını bilmirlər. Axırda qızın uşaq baxçasına gedərək oradan evi tapa bilirlər. Çatanda isə evin qarşısında onları uşaqların nənəsi və bölgə polisinin gözlədiyini görürlər. Ata isə evdə yatıb.

Nənədən hesabda olan 600 rublu (7.2 AZN) alan işçilər polisə müraciət etmirlər. Lakin kişi yenə də 800 rubl (9.6 AZN) cərimə olunur və bir daha belə hadisə baş verərsə himayə xidmətinin müdaxiləsi olacağı ilə xəbərdarlıq verilir.

Qeyd edək ki, 2 uşaq atası həmin gün yoldaşının ölüm günü olduğundan içkini bir az çox qəbul etdiyini bildirib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR