Mətbəx sirləri: Kartoflu profitrol

Mətbəx sirləri: Kartoflu profitrol
07:05 22 Yanvar 2015
237 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az kartoflu profitrolun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

200 q kartof püresi
0,5 st. su
50 q kərə yağı
0,5 st. un
2 yumurta
duz

iç:

100 q vetçina (yaxud kolbasa, toyuq əti və s.)
50 q pendir
1 kiçik baş soğan
mayonez

Qazana su tökün, kərə yağı əlavə edin, ocağın üstünə qoyun, qaynara düşəndə duz, un əlavə edin, sürətlə qarışdıraraq vam odda, xəmir qazanın kənarından ayrılanadək bişirin. Ocaqdan götürüb bir qədər soyudun, kartof püresi əlavə edib qarışdırın, 2 yumurta qatıb blenderdə bir qədər çalın.

Bu qarışıqdan çay qaşığı ilə götürərək perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

İç: vetçina (kolbasa, toyuq əti) və soğanı xırda doğrayın, bitki yağında  qovurun, soyudun. Pendiri xırda kubik doğrayın. Birləşdirin, duz, mayonezlə qarışdırın.

Soyumuş profitrolları aşağıdan deşin, içini doldurun (yaxud cüt-cüt yapışdırın). Süfrəyə verərkən göyərti ilə bəzəyin.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/320054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR