Paytaxtda “Honda” ilə “Mercedes” toqquşdu

Paytaxtda “Honda” ilə “Mercedes” toqquşdu
07:14 22 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakının Xətai rayonunda qəza olub. Lent.az-ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.  Qəza zamanı  Murad Məmmədovun idarə etdiyi "Honda" ilə Afiq Rüstəmov un idarə etdiyi "Mercedes" toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillər yararsız halla düşüb.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları  gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya "Mercedes"in sürücüsü Afiq Rüstəmovun dönmə əməliyyatını düzgün yetirməməsi səbəb olub.

 

Qeyd edək ki, qəza zamanı "Honda" yanmaq təhlükəsi ilə üzləşib. Dərhal yanğına qarşı tədbir görülüb. Daha sonra avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. 

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

 

Fərahim Qasımov




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR