Ukrayna ordusunda dəhşətli itki (VİDEO)

Ukrayna ordusunda dəhşətli itki (VİDEO)
07:51 22 Yanvar 2015
211 Dünya
Ölkə mətbuatı
A- A+

Qondarma Donetsk Xalq Respublikası komandanlığı Ukraynanın şərqində ordu qüvvələri ilə gedən döyüşlərin hesabatını yayıb.

ANS PRESS-in məlumatına görə, hesabatda bildirilir ki, Donetsk uğrunda döyüş zamanı Ukrayna ordu qüvvələri 3 gün ərzində 500 əsgər itki verib.

Həmçinin, Ukrayna tərəfdən daha 1 500 nəfər yaralanıb, 42 tank, 34 BMP və BTR qondarma "Donetsk Xalq Respublikası" tərəfindən məhv edilib.

Bununla belə əks tərəfdən (DXR) 8 nəfər yaralanıb, 2 ölü var.

DXR ordusunun belə nailiyyəti təsadüfi sayılmır.

Qeyd edək ki, ötən gün Poroşenko Donbasda 9 mindən çox rus əsgərinin olduğunu bəyan etmişdi. NATO-nun baş katibi Cens Stoltenberq də xəbəri təsdiqləyib.

Bu arada Ukrayna, Rusiya, Fransa və Almaniya xarici işlər nazirlıəri Berlində keçirilən gizli danışıqların ardınca döyüş əməliyyatlarının dayandırılmasına çağıran birgə bəyanat veriblər.

Görüşdən sonra çıxış edən Almaniya xarici işlər naziri Frank-Valter Steinmer deyib ki, danışıqlar dalandan çıxmasa da, nəzərə çarpacaq tərəqqi əldə olunub.

O deyib ki, ağır silahları ötən il əldə olunmuş Minsk razılaşmasına əsasən müəyyən edilmiş demarkasiya xəttindən 15 kilometrlik məsafəyə çəkmək baradə razılıq əldə olunub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR