Berlin danışıqlarında irəliləyiş var

Berlin danışıqlarında irəliləyiş var
07:56 22 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna, Rusiya, Fransa və Almaniya xarici işlər nazirlıəri Berlində keçirilən gizli danışıqlarından sonra döyüş əməliyyatlarının dayandırılmasına çağıran birgə bəyənat veriblər.

ANS PRESS-in məlumatına görə, görüşdən sonra çıxış edən Almaniya xarici işlər naziri Frank-Valter Ştainmayr deyib ki, danışıqlar dalandan çıxmasa da, “nəzərəçarpacaq” tərəqqi əldə olunub.

O deyib ki, ağır silahları ötən il əldə olunmuş Minsk razılaşmasına əsasən müəyyən edilmiş demarkasiya xəttindən 15 kilometrlik məsafəyə çəkmək baradə razılıq əldə olunub.

Qeyd edək ki, Ukrayna bəyan edib ki, ölkənin şərqində qiyamçılarla çiyin-çiyinə Rusiya ordusunun 9 min əsgəri də döyüşür.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR