Mafiya lideri belə öldürüldü (VİDEO)

Mafiya lideri belə öldürüldü (VİDEO)
05:26 26 Dekabr 2014
138 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün gecə İstanbulda mafiya liderinin öldürüldüyü anın görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, İstanbulun lüks mağazaları ilə məşhur olan Nişantaşı bölgəsində mafiya liderlərindən birinin qardaşı ilə yaxın dostu öldürülmüş, bir nəfər isə ağır yaralanmışdı.

İstanbulda cinayət qruplaşması rəhbəri və mafiya lideri kimi tanınan Sədat Şahinin qardaşı və dostu Fərdi Topal Nişantaşında evdən çıxıb yolun kənarı ilə gedərkən yanlarından keçən “Cilio” markalı qırmızı avtomobilin içərisindən “Kalaşnikov” avtomatla açılan atəş nəticəsində öldürülüb.

Hadisə baş verən bölgəyə çox sayda polis qrupu cəlb edilmiş və həmin küçədə bir müddət nəqliyyatın hərəkəti dayandırılmışdı.Polisin araşdırması nəticəsində 52 dəfə atəş açıldığı, onun 48-nin “Kalaşnikov” avtomatından olduğu müəyyən edilib. Onlardan bəziləri yaxınlıqdakı evlərə də dəyib, lakin xəsarət alan olmayıb.

Cinayətin iki mafiya arasında beş verən hesablaşma məsələsi olduğu güman edilir.

Qeyd edək ki, Şahin qardaşları gecə həyatına nəzarət edirdilər. Onlar istədikləri sənətçini barda səhnəyə çıxardar, istədiyini də səhnədən uzaqlaşdırırdılar. Bundan başqa onların dövlət adamları ilə də yaxın olduqları vurğulanır.











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR