“TuranBank”ın aktivləri 31 faiz artıb

“TuranBank”ın aktivləri 31 faiz artıb
08:08 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
2014-cü ildə “TuranBank”ın aktivləri əvvəlki illə müqayisədə 31 faiz artaraq 320,1 milyon manat təşkil edib.
Bankdan AzərTAc-a bildiriblər ki, TuranBank”ın kredit portfeli 220,6 milyon manat, müştəri hesabları və depozit portfeli 143,9 milyon manat, depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 72,2 milyon manat olub.
Hesabat dövründə Bankın nizamnamə kapitalı 7 faiz artaraq 47 milyon manata, məcmu kapitalı 14 faiz artaraq 55,1 milyon manata çatıb. Bankın gəlirləri 33,346 milyon manat, xərcləri 26,333 milyon manat, xalis mənfəəti 5,601 milyon manat təşkil edib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR