Bakıda bu sürücü hamımızı təhqir edir - VİDEO

Bakıda bu sürücü hamımızı təhqir edir - VİDEO
08:22 22 Yanvar 2015
233 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda avtobuslar yenilənsə də, bəzi sürücülərin sərnişinlərlə davranışı dəyişməyib
Sürücülərin əksəriyyəti sərnişinləri ünvan başına çatdırmaq əvəzinə vaxt davası edirlər.

Milli.Az-a daxil olan videogörüntülər bunu sübut edir. Belə ki, görüntülərdə yolun tıxac olduğunu deyərək və marşurutun istiqamətini dəyişən sürücü daha sonra problemin vaxtda olduğunu bildirir.

Videonu qeydə alan şəxsin sözlərinə görə, üç gün öncə 65 saylı avtobusdan istfadə edərkən sürücü tərəfindən kobudluq ilə qarşılaşıb. "Azneft" dairəsinə getməyəcəyini deyən sürücü (avtobusun hərəkət marşurutuna "Azneft" dairəsi də daxildir), ilk öncə, yolun tıxac olduğunu bəhanə edib. Yolun boş olduğunu gördükdə isə vaxtın az olduğunu bildirib.

Sərnişinlər etiraz etdikdə isə sürücü daha da aqressivləşib və "necə istəyirsiz, elə də gedin" deyib. Həmin görüntüləri təqdim edirik.

Ceyhun Ələkbərov
Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR