Qanunda yoxdur, amma sürücülər buna görə xərcə düşə bilər

Qanunda yoxdur, amma sürücülər buna görə xərcə düşə bilər
08:37 22 Yanvar 2015
240 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat vasitələrinin şinləri mövsümə uyğun olaraq məcburi qaydada dəyişdirilməlidir. Bu, həm sürücü və sərnişinlərin təhlükəsizliyi, həm də yol örtüyünün istismar müddətinin artırılması üçündür. Azərbaycanda isə belə bir məcburiyyətin olması inandırıcı deyil.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, təkərlərin mövsümə uyğun dəyişdirilməsi sürücülərin hüquq və vəzifələrinə aid olan tələbdir.

Bölmə rəisinin sözlərinə görə, hava, mövsumi şəraitdən asılı olaraq sürücü avtomobilinin texniki sazlığına diqqət yetirməlidir. Mövsümi şinlərdən də istifadə etməlidir ki, yol qəzası baş verməsin.

V.Əsədov qeyd etdi ki, qanunda belə bir məcburiyyət olmasa da, texniki baxışdan keçən zaman buna diqqət yetirilir. Sürücüyə nöqsan kimi göstərilir ki, təkərlər mövsümə uyğun olmalıdır.

Anar Məmmədov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR